Aziz Yıldırımdan açıqlama: “Əgər prezident olmağımı istəyirsinizsə…”
29.05.2025 - 19:52
Aziz Yıldırımdan açıqlama: “Əgər prezident olmağımı istəyirsinizsə…”

Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça"nın sabiq prezidenti Aziz Yıldırım bəyanat yayıb.

Apasport.az xəbər verir ki, Yıldırım yenidən prezident seçilməsi və hazırki rəhbərlik haqqında bir sıra açıqlamalar verib:

"Əvvəla, Avropa Liqasını ölkəmizə yenidən qazandıran "Fenerbaxça Beko"nu, çempionluqda əməyi olan rəhbərlik, prezident Ali Koç, oyunçular, texniki heyət və klub əməkdaşlarına təşəkkür edirəm. 

Mövcud rəhbərlik, mənim də iştirak etdiyim seçki yarışında 16.464 səs alaraq vəzifəyə seçilmişdi. Buna baxmayaraq, əgər azarkeşlərimiz indiki vəziyyətdə mənim məsuliyyət götürməyimi istəyirsə, seçilmiş rəhbərliyin aldığı səslərdən 1 səs artıq olan bir sənədlə bu çağırışını rəsmi şəkildə ortaya qoymalıdır. Mən mövcud rəhbərliyə prezident seçkilərinin sentyabr ayında yox, daha tez keçirilməsini bildirmişəm".