Balotelli İtaliya klubundan ayrıla bilər
28.01.2025 - 22:18
Mario Balotelli “Cenoa”dan ayrılmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Bildirilib ki, futbolçu oynama şansının az olması səbəbilə komandadan ayrılmaq istəyir.
Xatırladaq ki, Mario “Cenoa”ya mövsümün əvvəli qoşulmuşdu.
Qeyd edək ki, italiyalı forvard bu mövsüm A Seriyası təmsilçisinin heyətində 6 rəsmi matçda iştirak edib.
0
0