Bardakçı Premyer Liqa klubunun hədəfində
30.03.2025 - 16:59

"Qalatasaray"da ayrılıq yaşana bilər.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Abdulkerim Bardakçı karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Futbolçunun xidmətində "Tottenhem" maraqlıdır.
London təmsilçisi 30 yaşlı futbolçunun transferini bu yay reallaşdırmaq istəyir. Arxa xətt oyunçusunun keçidə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Bardakçının “Qalatasaray”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
0
0