“Barsa” doğma meydanına qayıdır
                    
                    31.10.2025 - 16:53
                        
                     
                    "Barselona" gələn həftə öz doğma stadionu "Kamp Nou"ya qismən qayıdacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya çempionu noyabrın 7-də arenada azarkeşlər üçün açıq məşqə çıxacaq. Hazırlıq prosesini 23 min tamaşaçı izləyə biləcək. Məşqi izləmək üçün biletlərin qiyməti 5 və 10 avrodur.
Qeyd edək ki, 2023-cü ildən "Kamp Nou"da yenidənqurma işləri aparılır. Matçların keçirilməsi üçün bütün icazələri aldıqdan sonra arena İspaniyanın 105 000 azarkeş tutumuna malik ən böyük stadionuna çevriləcək.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            