“Barsa”nın üzvü “Əl-İttihad”da
28.01.2025 - 23:42
"Barselona"nın futbolçusu Unay Hernandez karyerasını Səudiyyə Ərəbistanınında davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Əl-İttihad" ispan yarımmüdafiəçinin transferini yekunlaşdırmaq üzrədir.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Ərəblər 20 yaşlı oyunçu üçün "Barselona"ya 4,5 milyon avro təzminat ödəyəcək.
Transferin yaxın zamanda açıqlanacağı bildirilib.
Qeyd edək ki, 19 yaşlılardan ibarət İspaniya millisinin üzvü Kataloniya təmsilçisinin B komandasında çıxış edir.
0
0