"Barselona" Fliklə müqavilə müddətini uzadacaq
13.05.2025 - 09:16

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik klubla yeni müqavilə imzalamağa razılaşıb.
Apasport.az xəbər verir ki, tərəflər müqavilənin 2027-ci ilə qədər uzadılması barədə anlaşıblar.
İddialara görə, razılaşma hələ aprel ayında əldə olunub. Müqavilənin rəsmi olaraq mövsümün sonunda, "Barselona"nın La Liqa çempionluğunu təmin etdiyi zaman elan ediləcəyi gözlənilir.
Flikin Kataloniya nəhəngi ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Qeyd edək ki, Kataloniya nəhəngi alman məşqçinin rəhbərliyi altında Superkuboku və Kral Kubokunu qazanıb.
- İki top klub “Çelsi”nin hücumçusu ilə maraqlanır
- Conatan Tah bu şərtlə "Mançester Yunayted"ə keçməyə hazırdır
- Sane Səudiyyə Ərəbistanı klubunu rədd edib - "Bavariya"da qalmaq istəyir
- "Real Madrid"in ulduzu növbəti matçı buraxacaq
- Mert Hakan Yandaşın ayağı kəsilir? - "Fənərbaxça" iddialara cavab verdi
0
0