"Barselona" İspaniya millisinin futbolçusunu 60 milyona ala bilər
19.10.2024 - 11:55
"Barselona" İspaniya millisinin futbolçusunu 60 milyona ala bilər

Kataloniya “Barselona”sı İspaniya millisinin və “Villarreal”ın yarımmüdafiəçisi Aleks Baena ilə güclənə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub rəhbərliyi futbolçu üçün 60 milyon avro ödəyə bilər.

Aleks "Villarreal"ın məzunudur. Yarımmüdafiəçinin klubla müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

İspaniya çempionatının bu mövsümündə Baena 8 matçıda iştirak edib. Yarımmüdafiəçi 1 qol vurub, 5 məhsuldar ötürmə edib.

0