"Barselona"dan Rafinya qərarı
02.03.2025 - 15:52
"Barselona"dan Rafinya qərarı

"Barselona" Rafinya ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub 28 yaşlı hücumçunun xidmətində maraqlıdır. 

Kataloniyalılar onunla müqavilə müddətini yeniləməyi planlaşdırır.

Tərəflər arasında yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub. Hazırda "mavi-qırmızılar" anlaşmanın detalları üzərində çalışır.

Rafinyanın da komandada xoşbəxt olduğu bildirilir.

Qeyd edək ki, tərəflər arasında hazırkı müqavilə 2027-ci ilə qədər qüvvədədir.