“Barselona”dan Roke qərarı
20.02.2025 - 23:07
“Barselona”dan Roke qərarı

"Barselona" futbolçusu Vitor Roke ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub "Betis"də icarədə olan oyunçunu satmaq istəyir. 

Kataloniyalılar 19 yaşlı hücumçunu "Palmeyras"a satmaq niyyətindədir.

İspaniya təmsilçisi hazırda "Betis"lə danışıqlar aparır.

Qeyd edək ki, o, 2024-cü ilin yayında "Barselona"nı tərk edib.