"Bavariya"da növbəti ayrılıq
02.05.2025 - 14:51
"Bavariya"da növbəti ayrılıq

"Bavariya"da ayrılıq baş verəcək.

Apasport.az xəbər verir ki, Erik Dayer mövsümün sonunda komandanı tərk edəcək.

Tərəflər arasındakı müqavilə mövsümün sonunda başa çatacaq.

Lakin futbolçu klubla yeni sözləşmə imzalamayacaq. Dayer Münhen təmsilçisinə müqaviləni yeniləmək istəmədiyini və komandanı tərk edəcəyini bildirib.

Qeyd edək ki, Erik 2023/24 mövsümündə "Tottenhem"dən "Bavariya"ya keçib.