"Bavariya"nın hücumçusu "Arsenal"la oyunu buraxacaq
15.04.2024 - 15:39

Bundesliqa təmsilçisi "Bavariya"nın hücumçusu Serj Qnabrinin vəziyyəti məlum olub.
Apasport.az xəbər verir ki, almaniyalı bu gün topsuz fərdi məşq edib.
Qnabri Çempionlar Liqasının 1/4 finalında Londonun “Arsenal”la cavab matçına çıxa bilməyəcək.
Qeyd edək ki, Qnabri Bundesliqanın növbəti tur "Union Berlin"lə oyununu da buraxacaq. "Ayntraxt" ilə keçiriləcək qarşılaşmada isə iştirak edib-etməyəcəyi naməlumdur.
0
0