"Bayer" "Qarabağ" travmasını unutmayıb: Adminləri qorxur - FOTO
28.08.2025 - 17:52
"Bayer" "Qarabağ" travmasını unutmayıb: Adminləri qorxur - FOTO

UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ" ilə bağlı "Bayer" maraqlı paylaşım edib.

Apasport.az xəbər verir ki, Bundesliqa klubu sosial şəbəkə hesabında təmsilçimiz ilə qarşılaşma ehtimalı haqda bildirib: 

 - "Bu gün Çempionlar Liqası püşkatmasıdır".
-  "Əla! Qarabağla düşə bilmərik, hə?"
-  ...
-  "Düz dedim?"

Həmçinin Leverkuzen təmsilçisi açıqlama qismində "Admin hələ də özünə gələ bilmir" ifadəsini bildirib.

Qeyd edək ki, "Qarabağ" ilə "Bayer" 2023/24 mövsümündə UEFA Avropa Liqasında 4 dəfə qarşılaşıblar. Bunlardan 2-si qrup mərhələsi, digər 2-si isə 1/8 final matçında olub. Qarşılaşmalardan 3-ü Almaniya klubunun xeyrinə (5:1, 3:2, 0:1), biri isə bərabərliklə başa çatıb (2:2).