Bellingem: "Üç xala layiq idik"
27.10.2025 - 14:21
“Real”ın futbolçusu Cud Bellingem La Liqada “Barselona”ya qalib gəldikləri oyunu şərh edib.
Apasport.az xəbər verir ki, klubun saytına danışan yarımmüdafiəçi bunları deyib:
“Bizim üçün vacib qələbə oldu. Hamımız çox çalışdıq və üç xala layiq idik. İlk hissədə topa nəzarət bizdə idi. Bundan yaxşı istifadə edərək təhlükəli hücumlar qurduq və qollar vurduq.
İkinci hissədə isə diqqəti daha çox müdafiəyə yönəldik. Arxa xətt oyunçularımız çox yaxşı çıxış etdi. Ümumilikdə komanda olaraq yaxşı performans göstərdik”.
Bellingem 2:1 hesablı qələbə qazandıqları oyunda ikinci qolun müəllifi olub.
0
0