“Beşiktaş” - “Qalatasaray” matçını türkiyəli hakim idarə edəcək
26.03.2025 - 18:18
“Beşiktaş” - “Qalatasaray” matçını türkiyəli hakim idarə edəcək

Türkiyə Super Liqasında  XXIX turunun hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, "Beşiktaş" - "Qalatasaray" oyununu əcnəbi hakim idarə etməyəcək.

TFF-nin görüşlə bağlı referi Yasin Kola tapşırıq verdiyi bildirilib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, martın 29-da keçiriləcək "Beşiktaş" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.