"Beşiktaş" sabiq "Barsa"lı ilə danışıqlara başlayıb
09.05.2025 - 14:35
"Beşiktaş" sabiq "Barsa"lı ilə danışıqlara başlayıb

Türkiyə Super Liqa təmsilçilərindən “Beşiktaş” yeni mövsüm üçün hücumçu axtarışlarını davam etdirir.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartal” “Başakşehir” və Polşa millisini forvardı Kşiştof Piontekin keçidini böyük ehtimalla həll edə bilməyəcək. İstanbul klubu 29 yaşlı hücumçunu satmaq istəmədiyini “Beşiktaş”a bildirib.

Bundan sonra klub rəhbərliyi “Sivasspor”un forvardı Rey Manayı transfer siyahısına daxil edib.

28 yaşlı forvard mövsümün sonunda “Beşiktaş”la 2 illik müqavilə imzalaya bilər.

Qeyd edək ki, alban hücumçu daha əvvəl “Kremoneze”, “İnter”, “Peskara”, “Piza”, “Qranada”, “Albasete”, “Barselona”, “Spetsiya”, “Uotford” klublarının da formasını geyinib.