"Beşiktaş" transferi rəsmiləşdirib
13.08.2024 - 22:22

"Beşiktaş" yeni futbolçusu ilə rəsmi müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi Şer Ndour icarə əsasında "ağ-qaraların" heyətinə qoşulub.
20 yaşlı futbolçu bu sezonun sonuna qədər İstanbul nəhənginin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Ndourun transfer hüququ Fransanın "PSJ" klubuna məxsusdur.
0
0