"Beşiktaş"da ayrılıq baş verə bilər
28.08.2025 - 15:44

"Beşiktaş" daha bir futbolçusu ilə yollarını ayırmaq üzrədir.
Apasport.az xəbər verir ki, "qara qartallar"ın yarımmüdafiəçisi Əl-Musrati A Seriyasında çıxış edə bilər.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, "Verona" liviyalı futbolçunun icarəyə götürülməsi barədə İstanbul təmsilçisi ilə razılıq əldə edib.
Müqaviləyə əsasən, İtaliya klubu 29 yaşlı oyunçunu transfer etmək istəsə, "ağ-qaralar"a 7 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, "Beşiktaş" bir neçə gün əvvəl digər yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleyn ilə də yollarını ayırmışdı.
0
0