“Beşiktaş”da ciddi itki
13.05.2025 - 20:55

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleyn sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu dizindən zədə alıb. 31 yaşlı oyunçunun mövsümün qalan 3 oyununda iştirak edəcəyi gözlənilmir.
Qeyd edək ki, Aleks Oksleyd-Çemberleyn bu mövsüm"Beşiktaş"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol vurub.
0
0