“Beşiktaş”dan Gedson Fernandeş ilə bağlı açıqlama
29.07.2025 - 17:16
“Beşiktaş”dan Gedson Fernandeş ilə bağlı açıqlama

Türkiyə Super Liqası təmsilçisi “Beşiktaş” Gedson Fernandeşin “Benfika”da olan 50 faizlik transfer haqqını 10 milyon avro qarşılığında alıb.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin mətbuat xidməti bu barədə açıqlama verib.

Açıqlamada belə qeyd edilib:

“Beşiktaş” futbol klubu peşəkar futbolçusu Gedson Karvalyo Fernandeşin sözləşməsində yer alan 50%-lik payın alması barədə “Benfika” ilə razılığa gəldiyini ictimaiyyətə bildirir”.

“Futbolçunun başqa kluba qatıldığı təqdirdə transfer məbləği “Beşiktaş” və “Benfika” arasında 50/50 şəkilində bölünəcək.” maddəsində olan “Benfika”nın 50% payı Portquqaliya təmsilçisindən 10 milyon avroya alınıb”.

Qeyd edək ki, Gedson Fernandeş karyerasını “Spartak”da davam etdirəcək.