“Beşiktaş”ın üzvü “Başakşəhər”də - RƏSMİ
21.06.2025 - 17:56
“Beşiktaş”ın üzvü “Başakşəhər”də - RƏSMİ

Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş"da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, komandanın sağ cinah müdafiəçisi Onur Bulut "Başakşəhər"ə transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul klubu 31 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, türkiyəli futbolçu geridə qalan mövsüm "Beşiktaş"ın heyətində 25 rəsmi matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.