
Uels millisinin sabiq futbolçusu Qaret Beyl doğma şəhərini təmsil edən “Kardiff Siti” klubunun səhmlərini almaq niyyətindədir.
Apasport.az xəbər verir ki, Beyl özü bu marağını təsdiqləyərək klubun səhmlərinə yiyələnmək istədiyini bildirib.
Karyerası ərzində “Tottenhem” və "Real Madrid” kimi nəhəng klublarda çıxış etmiş ulduz futbolçu “Kardiff Siti”ni İngiltərə Premyer Liqasına yüksəltməyi hədəflədiyini də vurğulayıb.
Onun sözlərinə görə, bu il Çempionşipdən I Liqaya düşən komanda yenidən layiq olduğu çempionatda – Premyer Liqada mübarizə aparmalıdır.
Qeyd edək ki, “Kardiff Siti” son dəfə 2018/2019 mövsümündə Premyer Liqada oynayıb, həmin mövsümün sonunda isə elitadan ayrılıb.