Borclara görə həvəskar liqaya düşdü, 1000 sponsor tapdı
29.07.2026 - 00:10
Borclara görə həvəskar liqaya düşdü, 1000 sponsor tapdı

Peruda 1935-ci ildə təsis edilən ən köklü klublarından biri olan “Deportivo Munisipal” maliyyə problemləri səbəbindən 2026-cı ilin martında həvəskar liqaya yuvarlanıb.

Apasport.az xəbər verir ki, klub borclarını ödəyə bilmədiyi və böyük sponsorları cəlb edə bilmədiyi üçün qeyri-adi kampaniyaya start verib.

Rəhbərlik istənilən şəxsə və ya yerli biznes sahibinə cəmi 200 Peru solu (təxminən 60 ABŞ dolları) qarşılığında komandanın formasında reklam yerləşdirmək imkanı yaradıb.

Kampaniya qısa müddətdə böyük maraq doğurub. Yerli şirkətlər, azarkeşlər və xaricdə yaşayan perulular təşəbbüsə qoşulublar. Nəticədə klub 1000 sponsor cəlb etməyə nail olub.