Braziliyalı futbolçu PSJ-dən ayrılmaq istəyir
29.10.2025 - 18:44
Braziliyalı futbolçu Lukas Beraldo PSJ-dən ayrılmaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. 21 yaşlı müdafiəçi oyun praktikasının azlığından narazıdır və klubu tərk etmək niyyətindədir.
Beraldo ilə Türkiyənin “Qalatasaray” klubu yaxından maraqlanır.
Müdafiəçi bu mövsüm 6 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.
0
0