
“Bavariya” “Liverpul”un vingeri Luis Diasa maraq göstərir.
Apasport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Münhen klubu 28 yaşlı futbolçu üçün maksimum 75 milyon avro ödəməyə hazırdır. Ancaq “Liverpul” onu 80 milyon avro dəyərində qiymətləndirir.
“Bavariya” transferin baş tutması üçün “qırmızılar”a gələcək satışdan pay təklif etməyə hazırdır. Bu əlavə maddə transferin reallaşmasına yardımçı ola bilər.
Kolumbiyalı futbolçu “Liverpul” forması ilə bütün turnirlərdə 148 oyun keçirib, 41 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
“Bacariya”nın yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdırdığı və Diasın klubun oyun sisteminə uyğun bir transfer hədəfi olduğu vurğulanır.