Bundesliqanı Premyer Liqaya dəyişə bilər
28.05.2025 - 15:55
Bundesliqanı Premyer Liqaya dəyişə bilər

Almaniya Bundesliqası təmsilçilərindən “Bavariya”nın futbolçusu Leroy Sane karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Tottenhem” 29 yaşlı vingeri transfer etmək niyyətindədir.

Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “Tottenhem” yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq. Klub bu məqsədlə heyətini gücləndirmək istəyir.

Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm Bavyera təmsilçisinin heyətində iştirak etdiyi 45 oyunda 13 qol, 6 assistlə yadda qalıb.