"İpsviç"in hücumçusu Liam Delap karyerasını İngiltərə Premyer Liqasının iddialı klublarından birində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Give Me Sport" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı futbolçu ilə Londonun “Çelsi” klubu maraqlanır. “Mançester Yunayted” futbolçu ilə bağlı mübarizədə “mavilər”in əsas rəqibi hesab olunur.
Mərkəz hücumçusunun "İpsviç"lə müqaviləsində 47 milyon avroluq satınalma bəndi var.
Bu mövsüm ingilis forvard 32 matçda iştirak edib, 11 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu