"Çelsi"də növbəti Droqba-Lempard tandemi formalaşır: Delap-Palmer
20.06.2025 - 14:51
"Çelsi"də növbəti Droqba-Lempard tandemi formalaşır: Delap-Palmer

"Çelsi"də yeni transfer Liam Delapın gəlişi ilə ön xətdə xüsusi tandem formalaşacaq".

Apasport.az xəbər verir ki, bu haqda “zadəganlar”ın sabiq ulduzu Pat Nevin açıqlama verib.

Onun fikrincə, bu ikili gələcəkdə Droqba-Lempard cütlüyünü xatırladacaq. Keçmiş futbolçu düşünür ki, onlar eyni fiziki və texniki xüsusiyyətlərə malikdirlər: 

“Təbii ki, əfsanəvi Droqba-Lempard ikilisini digər hücum tandemləri ilə müqayisə etmək ədalətsiz səslənə bilər. Amma düzünü desəm, Kol Palmerin “Çelsi”də olduğu müddətdə göstərdiyi oyun və statistika əladır. Liam Delap ilə tandem təşkil edə bilərlərmi? Əlbəttə. Delap meydanda daima hərəkətdə, epizod axtarışındadır və hücumda sayıqlığı ilə seçilir. Bu ikili böyük işlər görəcək.

Hücumçu olaraq, Palmerin yerinə seçə biləcəyiniz çox az pleymeyker var. Düşünürəm ki, onların qurduğu tandemin “Çelsi”də xüsusi yeri olacaq”.

Qeyd edək ki, Delap ötən mövsüm “İpsviç” forması ilə çıxdığı 40 matçda 12 qol və 2 məhsuldar ötürməyə, Palmer isə London təmsilçisinin heyətində 46 oyunda 15 qol və 11 məhsuldar ötürməyə imza atıb.