“Çelsi”nin sabiq üzvü Rumıniya klubunda - RƏSMİ
04.09.2025 - 10:18
“Çelsi”nin sabiq üzvü Rumıniya klubunda - RƏSMİ

“Çelsi”nin sabiq futbolçusu Kurt Zumanın gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, futbolçu karyerasını Rumıniyada davam etdirəcək.

30 yaşlı müdafiəçi ÇFR-ə transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, fransalı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kurt Zumanın son klubu İngiltərənin "Vest Hem" komandası olub.