Çempionşipdən Premyer Liqaya - RƏSMİ
28.06.2025 - 00:23
Çempionşipdən Premyer Liqaya - RƏSMİ

İngiltərə Premyer Liqası təmsilçilərindən “Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda son olaraq Çempionşipdə çıxış edən “Preston”un qapıçısı Fredi Vudmeni transfer edib.

Bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, ingiltərəli qapıçı bundan əvvəl “Nyukasl”, “Aberdin”, “Kilmarnok” və “Bornmut” kimi klubların formasını geyinib.