Cengiz Ünder erməni fanatlar barədə: "Buna inanan peşəkaram"
20.02.2025 - 18:18
Cengiz Ünder erməni fanatlar barədə: "Buna inanan peşəkaram"

Daha öncə xəbər verdiyimiz kimi, Cengiz Ünder karyerasını "Los Anceles"də davam etdirəcək.

Apasport.az xəbər verir ki, hücumçu klubun mətbuat xidmətinə açıqlama verib.

O, transfer barədə fikirlərini bölüşüb: "Los Anceles" azarkeşləri qarşısında oynamağı və klubun inklüziv mədəniyyətini təmsil etməyi səbirsizliklə gözləyirəm. Bilirəm ki, bura fərqli mədəniyyətlərin vətənidir. Klubun müxtəlif millətlərdən fanatları var, həmçinin də ermənilər. Mən futboldan həzz alan və onun birləşdirici gücünə inanan peşəkaram. İngiltərə, İtaliya və Fransada oynamışam, sevinc və kədərlərimi komanda yoldaşlarım, azarkeşlər və bir çox fərqli etnik mənsubiyyətə malik insanlarla bölüşmüşəm. Bunu "Los Ancelesdə" də davam etdirəcəm. Bilirəm ki, azarkeşlərimiz idmanın birləşdirici gücündən xəbərdardır və ümid edirəm ki, biz bir-birimizi qucaqlaya bilərik”.

Qeyd edək ki, Ünder mövsümün sonunadək MLS təmsilçisinin şərəfini qoruyacaq.