Cengiz Ünder "Los Anceles"də - RƏSMİ
20.02.2025 - 18:12
Cengiz Ünder "Los Anceles"də - RƏSMİ

"Fənərbaxça"da ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, Cengiz Ünder komandanı tərk edib.

O, karyerasını ABŞ-da davam etdirəcək. Hücumçu "Los Anceles"lə müqavilə imzalayıb.

Bunu MLS təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Türkiyəli futbolçu icarə əsasında mövsümün sonunadək bu klubun şərəfini qoruyacaq.

"Los Anceles"in baş meneceri Con Torrinqton Cengiz barədə fikirlərini bildirib: “Cengiz beynəlxalq rəqabətin ən yüksək səviyyələrində təcrübəyə malik yüksək keyfiyyətli oyunçudur. O, özünü dünyanın ən yaxşı liqalarında sübut edib və onun hücum bacarıqları 2025-ci ildəki uğurumuza töhfə verəcək".

Qeyd edək ki, Ünderin "Fənərbaxça" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.