Cengiz Ünder yenidən A Seriyasına qayıdır?
06.08.2025 - 13:28
Cengiz Ünder yenidən A Seriyasına qayıdır?

"Fənərbaxça"nın heyətdə düşünmədiyi Cengiz Ünder karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 2017–2022-ci illər mövsümündə “Roma”da çıxış etmiş 28 yaşlı vingerlə “Bolonya” yaxından maraqlanır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddialara görə, artıq tərəflər arasında ilkin danışıqlar baş tutub.

Qeyd edək ki, Cengiz Ünder 2023-cü ildə “Marsel”dən “Fənərbaxça”ya 15 milyon avroya transfer olunmuşdu. O, ötən mövsümün ikinci yarısını icarə əsasında MLS təmsilçisi “Los Anceles”də keçirib.