Cenk Tosun Yaponiya yolunda
02.03.2025 - 00:24

"Fənərbaxça"da daha bir ayrılıq yaşana bilər.
Apasport.az xəbər verir ki, Cenk Tosun komandanı tərk etməyə yaxındır.
Onun xidmətində "Urava Red Daymonds" maraqlıdır.
Yaponiya təmsilçisinin futbolçu ilə anlaşdığı bildirilir.
Qeyd edək ki, 33 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0