Ceymi Vardinin yeni klubu müəyyənləşib
02.09.2025 - 10:48
Ceymi Vardinin yeni klubu müəyyənləşib

"Lester Siti"dən ayrılan Ceymi Vardi karyerasını ilk dəfə ölkə xaricində davam etdirəcək.

Apasport.az xəbər verir ki, 38 yaşlı hücumçu "Kremoneze" ilə anlaşıb.

Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, forvardla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü "Lester"in heyətində meydana çıxdığı 500 matçda 200 qol, 71 assistlə yadda qalıb.