“Cimbom”un istədiyi futbolçu zədələndi
23.01.2025 - 19:13
İtaliya A Seriyası komandalarından “Milan”ın üzvü Emerson Royal sıradan çıxıb.
Apasport.az xəbər verir ki, futbolçu dünən Çempionlar Liqasının VII turu çərçivəsində keçirilən “Jirona” ilə qarşılaşmada zədələnib.
26 yaşlı oyunçu təxminən 2 ay meydanlardan uzaq qalacağı bildirilib.
Xatırladaq ki, braziliyalı ilə Türkiyənin “Qalatasaray” klubu yaxından maraqlanır.
Qeyd edək ki, Emerson bu mövsüm İtaliya təmsilçisinin heyətində 26 rəsmi matçda çıxış edib.
0
0