Dani Olmo "Osasuna" ilə matçda zədələnib
28.03.2025 - 10:55
Dani Olmo "Osasuna" ilə matçda zədələnib

"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo "Osasuna" ilə matçı davam etdirə bilməyib.

Apasport.az xəbər verir ki, 28-ci dəqiqədə zədələnən Olmo meydanı tərk edib. Onun əvəzinə meydana Fermin Lopez daxil olub.

İlkin müayinəyə görə, Olmonun zədəsi ciddi deyil. 

Qeyd edək ki, qarşılaşma "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.