De Xea “Fiorentina” ilə müqavilə yeniləyib - RƏSMİ
31.05.2025 - 00:57
De Xea “Fiorentina” ilə müqavilə yeniləyib - RƏSMİ

David De Xea "Fiorentina"da qalmaq qərarına gəlib.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi ispaniyalı qapıçı ilə müqaviləni 2028-ci ilə qədər uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu mövsüm De Xea "Fiorentina" heyətində 42 oyun keçirib və onlardan 11-də qapısında qol buraxmayıb.