De Xea karyerasını "Fənərbaxça"da davam etdirə bilər
14.05.2025 - 16:58

“Fiorentina”nın qapıçısı David De Xea karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az “Todofichajes”ə istinadən xəbər verir ki, ispaniyalı qolkiperlə “Fənərbaxça” maraqlanır.
De Xeanın “Fiorentina” ilə müqaviləsinin müddəti bu ilin iyununun sonunadək qüvvədədir. O, azad agent kimi İstanbul klubuna keçə bilər.
34 yaşlı futbolçunun transfer dəyəri 5 milyon avro olaraq qiymətləndirilir. O, cari mövsümdə İtaliya çempionatında 33 oyun keçirib, 34 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.
0
0