De Xea Premyer Liqaya qayıtmamasının səbəbini açıqlayıb
21.07.2025 - 19:53

"Fiorentina"nın qapıçısı David de Xea bu yay İngiltərə Premyer Liqasına qayıda bilər.
Apasport.az xəbər verir ki, bu barədə 34 yaşlı futbolçunun özü məlumat verib.
"Mançester Yunayted"dən başqa heç bir komandada oynaya bilmədiyim üçün bu yay İngiltərəyə qayıtmaq təklifini rədd etdim. Amma Florensiyada xoşbəxtəm. Ailəmə burada qalmaq istədiyimi dedim".
De Xea keçən yay "Fiorentina"ya keçib və o vaxtdan bəri 42 oyun keçirib, 50 qol buraxıb. O, 2011-2023-cü illərdə "Mançester Yunayted"də çıxış edib.
0
0