De Zerbi məşhur klubla müqavilə imzalayıb
17.06.2024 - 11:51

"Brayton"dan ayrılan italiyalı mütəxəssis Roberto de Zerbi Fransa çempionatında özünə iş tapıb.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkələrdə məlumat yayıb.
Mənbənin məlumatına görə, məşqçi "Marsel"lə 3 illik əmək müqaviləsi bağlayıb.
Xatırladaq ki, ötən ayın sonunda de Zerbi və "Brayton" qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar. İtaliyalı 2022-ci ildən komandanın baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında klub Premyer Liqanı 11-ci pillədə başa vurub.
0
0