De Zerbinin yeni ünvanı bəlli oldu
25.06.2024 - 09:17

“Marsel”in yeni baş məşqçisi açıqlanıb.
Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisinin sükanı Roberto De Zerbiyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 3 illik müqavilə imzalanıb.
“Marsel” Zerbinin son iş yeri “Brayton”a 6 milyon avroya yaxın təzminat ödəyəcək.
0
0