
Dieqo Jota yüksək sürətlə hərəkət edərkən başqa bir avtomobili ötməyə çalışıb. Elə həmin an avtomobilin təkəri partlayıb.
Apasport.az xəbər verir ki, Jota idarəetməni itirib və maşın səkiyə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi alovlanıb. Hər iki qardaş – Dieqo Jota və Andre Felipe avtomobildən çıxmağı bacarmayıblar.
Qeyd edək ki, faciəvi hadisə İspaniyanın qərbində, A-52 magistralında baş verib.
***
12:16
“Liverpul”un və Portuqaliya millisinin futbolçusu Dioqo Jota avtomobil qəzasında həlak olub.
Apasport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Jota qardaşı ilə birlikdə avtomobil qəzasında dünyasını dəyişib.
Portuqaliyalı vingerin avtomobili yoldan çıxaraq alovlanıb. Hadisə zamanı hər iki nəfər ölüb.
Qeyd edək ki, 28 yaşlı futbolçu bir müddət əvvəl Portuqaliya millisi ilə UEFA Millətlər Liqasının qalibi olmuşdu.