Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Borussiya Dortmund" türk vingerlə maraqlanır.
Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Dortmund təmsilçisi 24 yaşlı oyunçunu komandadan ayrılacağı gözlənilən Kərim Adeyeminin əvəzləyicisi kimi görür.
Xəbərdə "Borussiya"nın Yunusu transfer etmək üçün ilkin təmaslara başladığı qeyd olunub.
Qeyd edək ki, Türkiyə millisinin üzvü "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.