Dünya çempionu "Mançester Yunayted"ə doğru
20.06.2025 - 12:18
Dünya çempionu "Mançester Yunayted"ə doğru

Onana və Altay Bayındırdan narazı olan “Mançester Yunayted” “Aston Villa”nın qapıçısı Emiliano Martinezi heyətinə qatmağa yaxındır. 

Apasport.az xəbər verir ki, argentinalı qolkiperin özü də “qırmızı şeytanlar”da oynamaq istəyir.

İddialara görə, "mankunianlar" artıq 32 yaşlı qolkiperin transferiylə bağlı "Aston Villa" ilə rəsmi danışıqlara başlayıb. Martinez də klub rəhbərliyinə bu keçidə kömək etmələri üçün xahiş edib. 

Martinezin "Aston Villa" ilə hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.

Dünya çempionunun bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.