
“Matça yaxşı başlamadığımızı düşünürəm. Bu, bizim məsuliyyətimizdədir".
Apasport.az xəbər verir ki, bu sözləri "Fənərbaxça"nın futbolçusu Duşan Tadiç deyib.
O, "Eyüpspor"la matçdan sonra açıqlama verib: "Klub prezidenti, rəhbərlik, idman direktoru bizə lazımlı olan hər şeyi təmin edir. Futbolçular olaraq nəticənin səbəbkarları bizik. Güzgüyə baxmalıyıq. Özümdən başlayaraq bunu deyirəm. Nəyi daha yaxşı edə biləcəyimizi sorğulamalıyıq. Səhvlər bizim səhvlərimizdir. Kişi kimi məsuliyyəti boynumuza götürməliyik".
Qeyd edək ki, "Fənərbaxça" Super Liqanın XVII turunda "Eyüpspor"la heç-heçə edib - 1:1.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?