Edin Ceko yenidən A Seriyasında
19.06.2025 - 18:54
Edin Ceko yenidən A Seriyasında

“Fənərbaxça”dan ayrılan Edin Ceko karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, bosniyalı hücumçu “Fiorentina” ilə razılaşıb.

Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Forvard bu gün “bənövşəyilər” üçün tibbi yoxlanışdan keçib.

Qeyd edək ki, 39 yaşlı oyunçu 2023-cü ildən “Fənərbaxça”da çıxış edirdi. O, "sarı-lacivərdlilər"in heyətində meydana çıxdığı 99 rəsmi matçda 46 qol vurub.