Ekvador millisinin baş məşqçisi istefa verdi
05.07.2024 - 13:38
Ekvador millisinin baş məşqçisi istefa verdi

ABŞ-da təşkil olunan Amerika kubokunun 1/4 finalında Argentina millisinə penaltilər seriyasında məğlub olan Ekvador yığmasının baş məşqçisi Feliks Sançes istefa verib.

Apasport.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

48 yaşlı ispaniyalı mütəxəssis 2023-cü ilin martından Ekvador millisinə rəhbərlik edirdi. O, 2017-2022-ci illərdə Qətər yığmasını çalışdırıb.

0