Ərdoğan milli komandasını tək qoymayacaq
04.07.2024 - 12:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Almaniyaya səfər edəcək.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, o, AVRO-2024-ün 1/4 final turu çərçivəsində keçiriləcək Türkiyə-Niderland oyununu canlı izləyəcək.
Qeyd edək ki, Almaniyanın Berlin şəhərində keçirilən futbol üzrə Avropa çempionatında Türkiyə milli komandası Niderlandla qarışılaşacaq. Matç iyulun 6-sı Bakı vaxtilə saat 23:00-da keçiriləcək.
0
0