Ermənistanda ara qarışıb: Prezidenti istefaya səsləyirlər
01.03.2025 - 19:59

Ermənistan futbolunda sular durulmaq bilmir.
Apasport.az xəbər verir ki, azarkeşlər ölkə çempionatının oyunlarını boykot edirlər.
Onlar federasiya prezidentini istefaya səsləyirlər.
Fanatlar artıq ikinci gündür ki, matçların keçirilməsinə mane olurlar. Azarkeşlər bu gün baş tutan "Van" - "Alaşkert" və "Pünik" - "Ararat" oyunlarında federasiya rəhbərliyinə qarşı şüarlar səsləndiriblər.
Onlar məşəllər yandırıblar və "gedin!" şüarı ilə prezident Armen Melikbekyanı istefaya səsləyiblər. Federasiya rəhbərliyi isə etirazları zorakı yollarla dayandırmağa çalışıblar.
0
0