Feliks keçmiş klubuna qayıda bilər
15.05.2025 - 12:59
Feliks keçmiş klubuna qayıda bilər

"Çelsi"nin vingeri Joao Feliks vətəninə qayıda bilər.

Apasport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Lissabonun "Benfika" klubu hücumameyilli yarımmüdafiəçi ilə maraqlanır. 

Feliks 2016-2019-cu illərdə Portuqaliya klubunda çıxış edib.

25 yaşlı futbolçu hazırda "Milan"da icarə əsasında forma geyinir. Tərəflər arasında müqavilə 2025-ci ilin iyunun sonunda başa çatacaq.

Qeyd edək ki, Feliks bu mövsüm A Seriyasında 13 oyun keçirib, 1 məhsuldar ötürmə edib.